Türkiyədə səfərdə olan İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Ədirnə şəhərində keçirilən illik “yağlı güləş” festivalına qatılıb.
Sitat.info xəbər verir ki, bu barədə Əhmədinejada yaxın media məlumat yayıb.
O, Ədirnə vilayətinin valisi Yavuz Sezer, Türkiyənin idman və gənclər naziri Osman Aşkın Bak və CHP lideri Özgür Özəl tərəfindən qarşılanıb.
Keçmiş prezidentin festivala qatılması Türkiyə mediasında geniş işıqlandırılıb.