İranda epidemiyaya yoluxan həkim öldü

19:15 8 İyul 2024

Çoxsaylı fəsadlar törədən və ölümlə nəticələnən təhlükəli danq qızdırması İranda daha bir nəfərin ölümünə səbəb olub.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Quçan şəhərində işləyən uşaq həkimi Mühəddisə Xakpur danq qızdırmasından həyatını itirib.

Xəstəliyin yayılmasından bu günə kimi yoluxanların sayı 146-a, ölənlərin sayı isə 6-a çatıb.

Xatırladaq ki, bundan əvvəl İran səhiyyə naziri Bəhram Eynullahi də danq qızdırması ilə bağlı xəbərdarlıq edib.



Xəbər xətti