Azərbaycan şəhərində mərasimə hücum

12:04 9 İyul 2024

Ötən gecə Təbrizin Qarağac məhəlləsində Məhərrəm ayı münasibətilə keçirilən əzadarlıq mərasiminə bir qrup naməlum şəxs hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Xəncər və başqa soyuq silahlarla edilən hücum nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hücumun səbəbi və hücumçular barədə əlavə açıqlama verilmədən məsələnin araşdırıldığı bildirilib.



Xəbər xətti