Türkiyə sahillərində 7 miqrantın meyiti tapıldı

19:25 9 İyul 2024

Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

O bildirib ki, həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində həmçinin 7 qanunsuz miqrantın meyiti aşkarlanıb.

Sağ tapılan qanunsuz miqrantların durumlarının normal olduğu bildirilir.



Xəbər xətti