İsrail Xan Yunusda 4 məktəbi vurdu: 29 nəfər öldü

16:15 10 İyul 2024

Dünən İsrail Qəzzanın cənubundakı Xan Yunis şəhərində mülki şəxslərin sığındığı məktəbə hücum edib.

Sitat.info xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, ən azı 29 nəfər həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin  (UNRWA ) baş komissarı Filip Lazzarini hücumla bağlı bunları deyib: “Son 4 gündə 4 məktəb vurulub. Müharibə başlayandan bəri Qəzzada UNRWA məktəblərinin 70 faizi vurulub, bəziləri bombalanıb, bir çoxuna ciddi ziyan dəyib”.

Fələstin rəsmilərinin dünən verdiyi açıqlamada, Xan Yunus şəhərində köçkün fələstinlilərin sığındığı məktəbə edilən hücumda ən azı 29 nəfər həyatını itirib.

Məktəb təhsil və uşaqlar üçün təhlükəsiz ümid yeri olmaqdan çıxdı, məktəblər həddən artıq izdihamlı sığınacaqlara və çox vaxt ölüm və səfalət yerlərinə çevrilib. Doqquz aydır ki, bizim nəzarətimiz altında amansız, sonsuz qətllər, dağıntılar və ümidsizlik davam edir. Qəzza artıq uşaqlar üçün yer deyil".

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josep Borrell açıqlamasında deyib: “Xan Yunisdə ailələrin sığındığı məktəb İsrail tərəfindən bombalanıb və onlarla insanın öldüyü bildirilir. Nə vaxta qədər günahsız mülki insanlar bu münaqişənin ağır yükünü çəkəcəklər? Biz beynəlxalq hüququn bütün pozuntularını pisləyirik: günahkarlar cavab verməlidir. Yüzlərlə dinc sakinə kömək etmək, bütün girovları azad etmək və lazımi humanitar yardımı çatdırmaq üçün dərhal atəşkəs yaratmaq vacibdir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti