Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Stoltenberqdən AÇIQLAMA

20:02 10 İyul 2024

Bu günki zirvə çərçivəsində mətbuata açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq, NATO üzvlərinin Ukrayna ilə bağlı hərtərəfli bir paket üzərində razılığa gəlməli olduğunu deyib.

Sitat.info xəbər verir ki, Stoltenberq,  NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlim keçəcəyini bildirib.

Dəstək üçün uzun müddətli bir öhdəlik, yeni bir ordu təmin edəcəyini ifadə edən Stoltenberg, təhlükəsizliklə bağlı ikitərəfli razılaşmaları və Polşada yeni bir baza ilə birlikdə hərəkət etmə imkanı olduğunu xatırladıb.

Stoltenberq NATO-ya yeni bir üzv dəvət etmək üçün yekdillik lazım olduğunu söyləyib:

"Bütün müttəfiqlər Ukraynanın üzv olacağı ilə razılaşırlar. Bununla belə, Ukraynanın nə vaxt NATO üzvü olacağını söyləmək hələ tezdir, getdikcə daha da yaxınlaşır".

 Rusiyanın bütün diqqətini Ukraynaya yönəltdiyini və qüvvələrini oraya çəkdiyini qeyd edən Stoltenberq onu da əlavə edib ki, heç bir NATO müttəfiqi üçün birbaşa təhlükə görmürlər, ancaq hələ də ehtiyatlı olmaq lazımdır.

NATO baş katibi deyib ki, Rusiyanın hərəkətlərini yaxından izləyirlər, eyni zamanda müasir müdafiə imkanlarına sərmayə qoymağa davam edirlər:

"Rusiya təhlükəsizlik qüvvələri NATO müttəfiqlərinə qarşı getdikcə daha çox “təxribat” həyata keçirirlər. Bunlara kiber hücumlar da daxildir. NATO-nun bu kontekstdə məlumatlılığı və kəşfiyyat paylaşımını artırmaq üçün çalışır".

Seymur,

Sitat.info



Xəbər xətti