Prezidentdən Laçınla bağlı qərar

20:50 10 İyul 2024

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olacaq.

Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl Xidmətin fəaliyyət sahəsi Kəlbəcər rayonunu da əhatə edirdi.



Xəbər xətti