2026-cı ildə NATO Zirvəsi Türkiyədə keçiriləcək

11:33 11 İyul 2024

NATO Liderlər Sammitinin birinci günü başa çatıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, dərc olunan yekun bəyannamədə 2026-cı ildə keçiriləcək sammitin Türkiyədə keçirilməsi qərara alınıb.

Belə ki, Türkiyə 2026-cı ildə keçiriləcək NATO Liderlər Zirvəsinə ev sahibliyi edəcək. ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Liderlər Sammitinin yekun bəyannaməsi dərc olunub. 2025-ci ildə Hollandiya sammitə ev sahibliyi etdikdən sonra 2026-cı ildə zirvənin Türkiyədə keçiriləcəyi açıqlandı. Digər tərəfdən, 2025-ci ildə qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısının Türkiyədə keçiriləcəyi də paylaşılıb.

Türkan,

Sitat.info



Xəbər xətti