ABŞ-da Bayden rəhbərliyi 2 aydır bir tonluq bomba ilə birlikdə daşınması dayandırılan 227 kiloqramlıq bombaları yenidən İsrailə göndərməyə başlayıb.
Sitat.info xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi qeyd edib ki, sözügedən bombalar daşıma prosesindədir və yaxın həftələrdə İsrailə çatması gözlənilir.
Rəsmi bildirib ki, İsrailin Rəfah şəhərinə hücum edəcəyini açıqladığı vaxt onların əsas narahatçılığı 227 kiloqramlıq bombalar deyil, əhalinin sıx məskunlaşdığı ərazilərdə bir tonluq bombaların potensial istifadəsidir.
Kənan Yusif
Sitat.info