İsrailin Qəzza zolağına hücumları davam edərkən İordaniyada Qəzza sessiyası keçirilib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstin nümayəndəsi Lazzarini Qəzzada təhlükəsiz yer olmadığını bildirib. İordaniya naziri Safadi isə deyib ki, Qəzzada bütöv bir nəsli itirdik”.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ali komissarı Filip Lazzarini İordaniyada xarici işlər naziri Ayman Safadi ilə görüşüb. O, Qəzza zolağında baş verənləri qiymətləndirib: “Qəzza zolağında qətiyyən təhlükəsiz nöqtə yoxdur” kimi ümumiləşdirib.
Lazzarini Qəzzada milyonlarla insanın dağıntılar altında olduğunu deyib: "Bu gün Qəzzada 18 yaşından kiçik 1 milyona yaxın insan var. Onların 600 mindən çoxu ibtidai və orta məktəb yaşındadır. Onların hamısı dağıntıların içində yaşayır və çox dərin travmalar alırlar. Qəzzada baş verən hücumlar tarixin ən böyük humanitar fəlakətidir. Beynəlxalq təşkilatların müdafiə tədbirləri olsa da,müasir tarixin daha əvvəl şahidi olmadığı görünməmiş bir humanitar fəlakətlə üzləşəcəyik. Əsasən yollarda təxminən 350 min insan var və hamımızın bildiyi kimi, demək olar ki, hər Qəzzalı 4-5 dəfə köçkün olub. Qəzza zolağında qətiyyən təhlükəsiz ərazi yoxdur".
Məğrur,
Sitat.info