Macarıstanın baş naziri Viktor Orban bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət xadimidir.
Ölkəsinin Avropa Birliyinə (AB) sədrliyini yerinə yetirdikdən sonra Ukraynanı, daha sonra Rusiya və Çini ziyarət edən və bu təmasları “sülh missiyası” adlandıran Orban Vaşinqtondakı təmasları zamanı bu missiyasını prezident Ərdoğanla görüşərək davam etdirdiyini qeyd edib.
Viktor Orban ikitərəfli görüş zamanı Ukraynada müharibənin müzakirə edildiyini və oradakı iztirablara son qoymaq üçün sülhün və sülh təşəbbüsünün zəruriliyinin qaçılmaz olduğunu vurğulayıb.
“Ərdoğan Rusiya və Ukrayna ilə razılığa gələn yeganə liderdir”
Orban deyib ki, müharibə zamanı türklərin sülhün təmin olunmasında əvəzolunmaz bir rol oynadıqları sübuta yetirildi: "Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında Qara dənizdə taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət xadimidir. Həyata keçirdiyimiz sülh missiyasını dəstəkləyəcəyini prezidentdən soruşdum. Döyüşən tərəflər bir-birindən çox uzaq məsafədə qalırlar, lakin sülh tərəfdarları birləşsə, sülhə doğru növbəti addım birlikdə atıla bilər".
Qeyd edək ki, prezident Ərdoğan, NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Macarıstanın Baş naziri Orban ilə görüşüb.
Nərgiz,
Sitat.info