ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Demokratik Partiya üzvlərinin prezident Co Baydenin seçkidən geri çəkilməsinə yönəlmiş çağırışları və narahatlıqları artır.
Sitat.info xəbər verir ki, Washington Post (WP) qəzetinin yazdığına görə, ABŞ-da demokrat liderlər prezident Co Baydendən Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı məğlub edə biləcəyinə dair tutarlı sübutlar təqdim edəcəyini gözləyirlər.
Baydenin Tramp ilə canlı yayım debatındakı zəif performansından sonra ABŞ-da Demokratlar arasında narahatlıqlar artsa da, Baydenin seçkidən geri çəkilməsinə çağırışlar gəlməkdə davam edir.
Kənan Yusif
Sitat.info