Moskva və Kiyevin iştirakı ilə mümkün sammitin hazırda heç bir əsaslı məzmunu yoxdur, ona görə də onun harada keçirilə biləcəyi ilə bağlı müzakirələr ikinci plandadır.
Sitat.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda bu məsələ ilə bağlı dəqiq bir məzmun yoxdur, hansı gündəmdən danışa bilərik, hansı təkliflərdən danışa bilərik?" - Kreml nümayəndəsi qeyd etdi.
“Putin və Rusiya Federasiyası hər zaman dialoqa açıqdırlar, biz heç vaxt dialoqdan imtina etməmişik, lakin nədən danışacağımızı öncədən bilməliyik”, - Peskov əlavə edib.
Türkan,
Sitat.info