Belçikada Fələstinin tanınması üçün təklif irəli sürülüb

15:12 11 İyul 2024

Belçika Baş nazirinin müavini Petra De Sutter, üzvü olduğu Yaşıllar Partiyasının Fələstinin tanınması üçün federal parlamentə təklif təqdim etdiyini və artıq Fələstin dövlətini tanımağın vacibliyini bildirib. 

Sitat.info xəbər verir ki, "X" hesabında paylaşdığı video mesajda De Sutter Qəzza və İordan çayının qərb sahilində davam edən şiddət və humanitar böhrana diqqət çəkərək, hücumlar nəticəsində son 9 ayda 38 mindən çox insanın həyatını itirdiyini xatırladıb.

Qəzza zolağında vətəndaşların aclıq təhlükəsi ilə üzləşdiyinə diqqət çəkən De Sutter deyib: "Son araşdırmaya görə, qida çatışmazlığı və səhiyyə xidmətlərinin çökməsi səbəbindən bu rəqəm 186 mini keçə bilər". 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti