İyulun 11-i axşam saatlarında Rusiya ordusunda müqavilə ilə xidmət edən əsgər iki əsgər yoldaşını güllələyib, birini isə yaralayıb. Bundan sonra Belqorod vilayətindəki hərbi dislokasiya məntəqəsindən qaçıb.
Sitat.info xəbər verir ki bu barədə rus teleqram kanalları məlumat verir.
Məlumata görə, qaçan əsgərlə digər hərbçilər arasında münaqişə baş verib. Bu zaman hərbçilər spirtli içkinin təsiri altında olub. Onu ələ salmağa başlayanda əsgər pulemyotla atəş açıb. Teleqram kanalları iddia edir ki, əsgər özü ilə Kalaşnikov avtomatı və 70 patron götürüb, lakin silahı bölmədən çox uzaqlara atıb.
Axtarış aparılır, ehtimal edilir ki, hərbçi sərhədi keçərək Ukrayna ərazisinə keçə bilər.
Əsgər yoldaşlarını öldürənin 1995-ci il təvəllüdlü Çeboksarı şəhərinin sakini Aleksey Vitalieviç Juravlev olduğu bildirilir. Juravlev “fərarilikdə və adam öldürməyə cəhddə” ittiham olunur. Bu məlumatların rəsmi təsdiqi yoxdur. İstintaq Komitəsi bu barədə açıqlama verməyib.
Məğrur,
Sitat.info