Çin Tayvan adasının administrasiyasına silah tədarükünə görə ABŞ-ın bir sıra hərbi-sənaye şirkətlərinə və onların rəhbərlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan etdi ki, bu da Vahid Çin prinsipini ciddi şəkildə pozur, Çinin daxili işlərinə ciddi müdaxilədir və ölkənin suverenliyi və ərazi bütövlüyünə böyük ziyan vurur. Çin bu əsasla ABŞ-ın aşağıdakı hərbi-sənaye müəssisələri və onların yüksək səviyyəli rəhbərliyinə qarşı əks tədbirlər görməyə qərar verib”, - deyə məlumatda bildirilir.
Bu şirkətlərin Çindəki aktivləri və mülkləri dondurulacaq. Bundan əlavə, bu müəssisələrin 11 menecerinin adı siyahıya salınıb. Onların Çinə, o cümlədən Honq Konq və Makaoya girişi qadağan ediləcək.
Türkan,
Sitat.info