İlham Əliyev: “Sovet hakimiyyətinin Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməsi tarixi faktdır”

13:03 22 Aprel 2022

“Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.

Sitat.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin İrəvanı Ermənistana bağışlanması da sənədlərlə təsdiq olunan faktdır:

“1921-ci ildə növbəti təxribat bizə Sovet hakimiyyəti tərəfindən hazırlanırdı. Şuşanı ermənilər erməniləşdirə bilmədilər”.

/Report.az



Xəbər xətti