Azərbaycan XİN-dən Türkiyəyə 15 İyul mesajı

17:38 15 İyul 2024

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə qeyd olunan 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib.

Sitat.info xəbər verir ki, XİN-in X hesabında edilən paylaşımda deyilir:

"Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 İyul - Demokratiya və Milli Birlik Gününüz mübarək".

Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq.



Xəbər xətti