ABŞ ordusu Suriyadakı bazasına əlavə qüvvələr göndərir

17:57 15 İyul 2024

ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı YPG-nin zəbt etdiyi Həsəkə vilayətindəki bazasına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.
Sitat.info xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan "Bradley" tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Həsəkənin Şəddadi rayonundakı hərbi bazaya çatıb.

Karvanda həmçinin döyüş sursatı ilə dolu maşınlar, hazır otaqlar və Avenger Hava Hücumundan Müdafiə Sistemi silahları da var idi.

Karvanı ABŞ helikopterləri müşayiət edib.

Daha öncə də, iyunun 25-də ABŞ ordusu Hasəkədə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərmişdi. 

ABŞ-ın Suriyadakı mövcudluğu

2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmağa üstünlük verdi.

Terror təşkilatı YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Haseke, Rakka və Deyr əz-Zor vilayətlərində təşkilatın işğal etdiyi bölgələrdəki bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Nərgiz,

Sitat.info



Xəbər xətti