Urmu sakinləri aksiya keçirdi, Pezeşkiana müraciət etdi

15:15 16 İyul 2024

Güneyli gənclər Xoy şəhərində aksiya keçiriblər.

Axar.az xəbər verir ki, “Yarpaq” Ekoloji Cəmiyyətinin üzvləri dünən Xoy şəhərində ekoloji problemləri əks etdirən etiraz bannerləri ilə şəhərə atılan tullantıları təmizləyiblər.

“Urmu gölü susuzdur!”; “Güney Azərbaycanın Urmu gölü ilə bağlı tələbi”; “Plastiklər qadağan edilsin!”; “Cənab Pezeşkian, ətraf mühit və mədəni irs üçün bir şey edin!”; “Uran mədəni ilə bağlı qərar verilməsi xalqın tələbidir!”, - Güneyli gənclər bu şüarları səsləndiriblər.



Xəbər xətti