Azərbaycanda qatar aşdı - Foto

15:45 16 İyul 2024

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.

Sitat.info Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.

Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən rəsmi məlumat verilməyib.

 



Xəbər xətti