Ukrayna hərbçiləri Xerson vilayətinin Dnepr çayının sol sahilində yerləşən Krınki kəndindən, həmçinin Donetsk vilayətinin Urojaynoye qəsəbəsindən geri çəkilib.
Sitat.info xəbər verir ki, bu barədə LİQA.net Ukrayna SQ-nin Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hərbçilərinin həyatının qorunması məqsədilə belə qərar verilib:
“Krınkidə döyüşlər adalarda davam edir. Binaların və sığınacaqların geniş miqyasda dağıdılması səbəbindən müdafiə xəttinin yaşayış massivində saxlamağın mənası qalmadı”.