İsrail İran casuslarını həbs etdi

09:13 17 İyul 2024

İsrailin təhlükəsizlik orqanları ölkənin üç vətəndaşının İrana işləməkdə ittiham edilərək saxlanıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

Şübhəlilərdən biri daha iki nəfərlə birlikdə İsrail vətəndaşlarına təhdid mesajları göndərəməkdə günahlandırılan Qüds yaxınlığındakı Beyt Şemeş şəhərindən olan 21 yaşlı gənc Elimelek Eşterindir.

Qeyd olunub ki, bu, İsraildə və ya digər ölkələrdə İran hökumətinə casusluq  ittihamı ilə ilk həbs deyil./Musavat.com



Xəbər xətti