Rusiya Ukraynaya qarşı 3 tonluq bombalardan istifadə edir! İlk dəfə paylaşıldı...

10:50 17 İyul 2024

Rusiya Ukraynada istifadə etdiyi bombalara yeni bomba əlavə etdiyini açıqlayıb. Ərazini ayrı-seçkilik etmədən bombaladığı üçün BMT tərəfindən tənqid edilən Rusiya 3 ton ağırlığındakı yeni bombadan istifadə edib.
 Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi yeni istifadəyə başladığı 3000 kiloluq nəhəng bombaları paylaşıb. Bombaların çəkisi İsrailin Qəzzada istifadə etdiyi və nəhəng kraterlər yaradan bombalardan min kiloqram artıqdır.
Rusiya Müdafiə Nazirliyi paylaşdığı şəkildəki bombanın adını FAB 3000 adlandırıb. İlk dəfə iyulun 14-də Ukraynada  istifadə edilib.   

İsrailin Qəzzada istifadə etdiyi 2000 kiloluq Amerika istehsalı bombalar mülki və hərbi olmasından asılı olmayaraq geniş ərazilərə atılır. Onlar öz çəkilərinə görə nəhəng kraterlər yaradır və şəhərlərin quruluşuna və təbiətə təhlükə yaradırlar. Rusiyanın bombaları tənqid edilən İsrailin 2000 kiloqramlıq bombalarından 1000 kilo ağırdır və daha geniş ərazilərə təsir edir.



Xəbər xətti