Varşava Texnologiya Universitetinin bir qrup alimi Nasistlərin keçmiş "Treblinka 2" düşərgəsinin ərazisində qaz kameraları və krematorium yerləri aşkar ediblər.
Sitat.info xəbər verir ki, bu barədə interia.pl internet portalına araşdırma qrupunun rəhbəri Sebastyan Roziski məlumat verib.
“ Treblinka 2 ölüm düşərgəsinin ərazisində qaz kameralarını tapa bildik. Kəşfimiz təkcə tədqiqat məlumatları ilə deyil, həm də onların 1943-cü il avqustun 2-də üsyan zamanı oradan qaça bilmiş düşərgə əsirlərinin ifadələri, ilə yazışmaları ilə təsdiqlənir”.
Tədqiqatçıların fikrincə, nasistlərin qaz kameralarının yerləri torpaq qatının altında dayaz dərinlikdə “santimetr dəqiqliyi” ilə aşkar edilib.
Treblinka 2 əsir düşərgəsi 1942-ci ildə Polşanı işğal edən nasistlər tərəfindən Varşavadan təxminən 80 km aralıda tikilib. Ümumilikdə əksəriyyəti yəhudi olmaqla 800 minə yaxın insan öldürülüb. Portal xəbər verir ki, məhbusların məhv edilməsinə 100-120 ukraynalı mühafizəçinin dəstəyi ilə 40-50 almandan ibarət qrup rəhbərlik edib.
Nərgiz,
Sitat.info