İran Süleymaninin qətlinə görə məsuliyyət daşıyanların mühakimə olunmasını tələb edir

13:13 17 İyul 2024

İran İslam İnqilabı Keşikçiləri Korpusunun  generalı Qasim Süleymaninin qətlinin günahkarlarını və təşkilatçılarını məsuliyyətə cəlb etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani mətbuatda Tehranın 2020-ci ildə İran hərbi liderinin aradan qaldırılması əmri verən ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd planları ilə bağlı yayılan məlumatlardan sonra deyib.
“Mən sizə birmənalı şəkildə dedim ki, biz general Süleymaniyə qarşı hərbçilər arasından sui-qəsd törədənləri və  planı hazırlayanları məsuliyyətə cəlb etmək üçün milli və beynəlxalq səviyyədə hüquqi və məhkəmə prosedurlarına və mexanizmlərinə müraciət edəcəyik”, - deyə İran diplomatı bildirib.  

"Biz yalnız İranın və beynəlxalq hüququn tələblərindən,  məhkəmə prosedurlarından istifadə edəcəyik" - deyə Baqeri Kani əlavə edib.

Trampa qarşı sui-qəsd məsələsinə gəlincə, Baqeri yalnız hüquqi yoldan istifadə edəcəklərini qeyd edib: “Amerikalılar açıq şəkildə bildirdilər ki, onlar İranın yüksək rütbəli hərbi liderini öldürüblər. Deməli, bu məsələ ilə məşğul olmaq bizim təbii hüququmuzdur və bu işdə təqsirləndirilən şəxslər ədalətli mühakimə olunmalıdırlar”.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Süleymani 2020-ci il yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad hava limanı yaxınlığında raket hücumu nəticəsində öldürülüb.

Seymur,

Sitat.info



Xəbər xətti