FTB Trampa atəş açan şəxsin motivini tapa bilmir

14:02 17 İyul 2024

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Pensilvaniya ştatında keçirilən mitinqdə ABŞ-ın keçmiş prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruksun motivini 100-dən çox insanla sorğu-sual etdikdən sonra belə müəyyən edə bilməyib.

Sitat.info Associated Pressə (AP) istinadən xəbər verir ki, atəş açan şəxsin qəti siyasi baxışları olmayıb, sadəcə hər gün məktəbdə təhqir olunub.

 FTB Kruksun cib telefonunu açdıqdan, onun kompüterinin, evinin və avtomobilinin içindəkiləri araşdırdıqdan və 100-dən çox insandan ifadə aldıqdan sonra da onun Trampın mitinqində niyə atəş açdığı öyrənə bilməyib.

Bu FTB üçün sirr olaraq qalır.

Agentlik qeyd edir ki,  sinif yoldaşları onun tez-tez qulaqcıq taxan və naharda tək oturub telefonuna baxmağa üstünlük verən ağıllı, lakin təmkinli bir insan  kimi göründüyünü deyiblər.

Onlardan birinin dediyinə görə, məktəbdə Kruks gündəlik zorakılığa məruz qalıb. İddiaya görə qeyri-adi davranışları olub. O, qəribə paltarlar, o cümlədən ov paltarları geyinib və koronavirus pandemiyası bitdikdən sonra da maska ​​taxmağa davam edib.

AP-nin məlumatına görə, atəş açan şəxsin siyasi baxışları da aydın deyil. Belə ki, o, Pensilvaniyada Respublikaçı kimi qeydiyyatdan keçsə də, Bayden and içdiyi gün Demokratlara 15 dollar bağışlayıb. Agentlik qeyd edir ki, hüquq-mühafizə orqanları hələ də Krusksun keçmiş prezidenti güllələməsinin səbəbini göstərən hər hansı  qeydlər və ya sosial media yazıları tapmayıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti