Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri, VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı deputatlığa namizəd olub.
Bu barədə Sitat.info-ya VHP Mərkəzi Seçki Qərargahından bildiriblər.Onun sənədləri artıq 70 saylı Neftçala seçki dairəsinə təqdim edilib.
Qeyd edək ki, VHP-nin hələlik 65 dairə üzrə namizədləri dəqiqləşib.