Bu partiya sədrlərinin YAP-dakı rəqibləri kimlərdir?

16:00 17 İyul 2024

Hakim Yeni Azərbaycan Partiyasının 1 sentyabrda keçiriləcək parlament seçkilərinə 10 saylı Binəqədi dairəsindən Hümbət Hüseynov, 26 saylı Sabunçu seçki dairəsindən Afaq Hacıyevanın, 36 saylı Xətai-Suraxanı seçki dairəsindən Nərminə Hacıyevanın namizədliyini irəli sürüb.

Sitat.info xəbər verir ki, 10 saylı dairədən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, 26 saylı dairədən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa namizədliklərini irəli sürüb. Hər ikisi ötən seçkilərdə parlamentdə təmsil olunublar.

O cümlədən ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev ötən seçkidə 36 saylı dairədən deputat seçilmişdi və hazırda da həmin dairədən namizəd olacağı gözlənilir.

Qeyd edək ki, hər 3 partiya sədrinin YAP-dan olan rəqibləri ölkə miqyasında tanınmış simalar deyil, gənclərdir.



Xəbər xətti