Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sitat.info Report-a istinadla xəbər verir ki, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.
O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, Təmiz şəhər ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin direktoru, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İctimai Birliyinin (İB) Baş katibi, Azərbaycan Ağır Atletika Federasiyası İB-nin İH sədrinin müavini işləyib, hazırda Azərbaycan Stolüstü Tennis Federasiyası İB-nin vitse-prezidentidir.