Fəzail Ağamalı geri çəkildi, qızı namizəd oldu

17:30 17 İyul 2024

“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

Sitat.info xəbər verir ki, bu barədə o, Lent.az-a açıqlamasında deyib.

“Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım”, - o bildirib.

Partiya sədri qızının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub:

“Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.



Xəbər xətti