ABŞ prezidenti və növbəti prezident seçkilərində namizəd olan Co Bayden Covid 19 virusuna yoluxub.
Sitat.info xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Baydenin testinin pozitiv çıxdığı təsdiqlənib. Məlumata görə, daha öncə peyvənd etdirən Bayden xəstəliyi yüngül keçirir. 81 yaşlı Bayden daha öncə də iki dəfə COVİD-ə yoluxub.
Los Angelsdə seçki kampaniyası apardığı vaxt xəstələnən Bayden Ağ evə geri dönüb. Bununla da Baydenin namizədlikdən geri çəkilməsi ilə bağlı Demokrat partiyasından gələn təzyiqlər bir qədər də artıb.
Demokrat partiyasının üzvləri Baydenin Trapma qalib gələcəyinə inanmadıqlarını və onun vaxtında bayrağı devr etməli olduğunu qeyd edirlər.
Məğrur,
Sitat.info