98 yaşlı molla vəzifədə saxlanıldı

15:52 18 İyul 2024

98 yaşlı din xadimi Əhməd Cənnəti növbəti dəfə Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) katibi vəzifəsində saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Məhkəmə Elmləri və İnzibati Xidmətlər Universitetinin müəllimi Siyamək Rəhpeyk isə şuranın sözçüsü seçilib.

Qeyd edək ki, Əli Xameneinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən Amerikanın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

O, bundan öncə uzun illər Ekspertlər Məclisinin sədri vəzifəsində çalışıb.



Xəbər xətti