SON DƏQİQƏ! Baş nazir sərəncam imzaladı

15:15 22 Aprel 2022

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan-Rusiya Birgə Komissiyasının yeni tərkibi barədə sərəncam imzalayıb.

Sitat.info xəbər verir ki, sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı kimi müəyyən edilib:

Komissiyanın sədri:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini

Komissiyanın üzvləri:

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi

Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi müdirinin müavini

Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr Baş İdarəsinin Həmsərhəd Ölkələrlə Əməkdaşlıq İdarəsinin rəisi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidro-meteorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Nəqliyyat infrastrukturu sektorunun baş məsləhətçisi

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı şöbəsinin Su ehtiyalarının idarə olunması, su anbarları və magistral kanalların istismarı sektorunun müdiri.

Sərəncamla Xarici İşlər Nazirliyinə Birgə Komissiyanın yeni tərkibi barədə Rusiya tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxu24.com



Xəbər xətti