ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Bayden sosial media hesabında paylaşdığı məktubda bildirib.
Prezident olduğu son 3,5 ildə Amerikada böyük irəliləyiş əldə edildiyini bildirən Bayden demokratiyanı qoruduğunu deyib.
Bayden Amerika Birləşmiş Ştatlarının prezidenti kimi xidmət etmənin onun üçün ən böyük qürur olduğunu qeyd edib: "Yenidən namizəd olmaq niyyətindəydim, lakin partiyam və ölkəm adına geri çəkilməyin ən yaxşısı olduğuna qərar verdim. Qalan vaxtda diqqətimi ancaq prezidentlik vəzifələrimə yönəldəcəm”.
Bayden Amerika xalqına etimad və inamlarına görə təşəkkür edərək, ölkəsini birliyə səsləyib: "Amerika birləşdiyi müddətcə, əldə edə bilməyəcəyi heç bir şey yoxdur".
Türkan,
Sitat.info