Netanyahu Baydenə təşəkkür etdi: "İsrailin ABŞ-ın əvəzolunmaz və güclü müttəfiqi olmağa davam edəcək"

13:03 22 İyul 2024

“The Times of Israel” yazır ki, Netanyahu Vaşinqtona səfərə yola düşməzdən əvvəl verdiyi açıqlamada Baydenin prezidentlik yarışından geri çəkilməsindən danışıb.

Bu mövzuda ilk dəfə danışan Netanyahu, Baydeni İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumlarında verdiyi dəstəyə görə tərifləyib.

İsrailin baş naziri səfər zamanı Baydeni görməyə ümid etdiyini bildirib. Deyib ki, bu səfər Baydenə  karyerası boyunca İsrail üçün etdiklərinə görə təşəkkür etmək fürsəti olacaq. 

Netanyahu Vaşinqtona səfəri zamanı 7 oktyabr hücumlarından sonra davam edən hadisələrin müzakirə ediləcəyi mesajını verib və Baydenlə "girovların azad edilməsi, HƏMAS-ın məğlubiyyəti, İranın terror zərbələri ilə qarşı-qarşıya qalması və sülhün təmin edilməsi məsələlərini müzakirə edəcəklərini" bildirib".

Baş nazir Netanyahu deyib ki, Amerika rəsmiləri ilə görüşlərində və Konqresdəki çıxışında “Amerika xalqının növbəti prezident olaraq kimi seçməsindən asılı olmayaraq, İsrailin ABŞ-ın əvəzolunmaz və güclü müttəfiqi olmağa davam edəcəyini söyləyəcək. 

Netanyahu həmçinin iki ölkənin “vahid cəbhə” olmasının vacibliyini vurğulayaraq, ABŞ və İsrailin “bu gün, sabah və hər zaman bir yerdə” olduğunu bildirib.

ABŞ-a səfərə gedən Netanyahunun iyulun 24-də ABŞ Konqresinin birgə iclasında çıxış edəcəyi gözlənilir. Netanyahu oktyabrın 7-dən bəri ilk xarici səfərini ABŞ-a edəcək. Səfər çərçivəsində Netanyahunun ABŞ prezidenti Co Baydenlə də görüşəcəyi gözlənilir.

Bernie Sanders də daxil olmaqla bir çox konqres üzvü çıxışı boykot edəcəklərini və iştirak etməyəcəklərini açıqlayıblar.  

Seymur,

Sitat.info



Xəbər xətti