Hər bir erməninin 4 min dollar borcu var

15:15 22 İyul 2024

Ermənistanın dövlət borcu 12 milyard dolları keçib.

Sitat.info xəbər verir ki, bu barədə erməni deputat Artur Xaçatryan sosial şəbəkə hesabıbda yazıb.

“Hökumətin yorulmaz və milli xilaskar fəaliyyəti nəticəsində iyunun 1-nə Ermənistan Respublikasının dövlət borcu 12 milyard dollar həddini keçib. Bu rəqəmi əhaliyə bölməyə çalışsanız, hər birimizin dövlət borcunda payımız 4 min dollardan çox olacaq. Növbəti dəfə onlar sizi dağılan asfaltla heyran etməyə çalışanda bu rəqəmləri xatırlayın”, - Xaçatryan qeyd edib.



Xəbər xətti