Şarl Mişel Putinlə danışdı: Mişelin təcili tələbi bu oldu

15:53 22 Aprel 2022

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Şarl Mişel bildirib.

“Pasxa bayramı münasibətilə Mariupol və digər mühasirəyə alınmış şəhərlərə təcili humanitar yardım və bu şəhərlərdən təhlükəsiz çıxış üçün ciddi çağırış etdim. Aİ-nin mövqeyini qəti şəkildə bir daha bəyan etdim: Ukrayna və onun suverenliyinə dəstək, Rusiyanın təcavüzünü pisləmək və ona qarşı sanksiyalar.

Bizim birliyimiz, prinsiplərimiz, dəyərlərimiz bölünməzdir”, - Şarl Mişel vurğulayıb.



Xəbər xətti