İran: ABŞ-da kimin prezident olması bizim üçün önəmli deyil

18:54 22 İyul 2024

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani ABŞ prezidenti Co Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı danışıb.

"ABŞ-ın prezidentinin kim olması  İran üçün önəmli deyil, ancaq ABŞ-ın İrana qarşı siyasətində köklü dəyişiklik  münasibətlərin gedişatını da dəyişə bilər" - deyə Kənani bildirib. 

Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kenani ölkəsinin xarici siyasət gündəmini və regional prosesləri dəyərləndirib.

Razılaşma tərəflərinin öhdəliklərinə qayıtması halında nüvə sazişinin yenidən həyata keçirilməsinin mümkün olduğunu bildirən Kenani deyib ki, İran müqavilədəki bütün öhdəliklərinə əməl edən tərəfdir və digər tərəflər də bu öhdəliklərə əməl etməlidir. 

Kenani ABŞ prezidenti Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı bunları qeyd edib:

"ABŞ-da hökumətlərin və ya şəxslərin gəlib-getməsi bizim üçün önəmli deyil. Burada həlledici olan ABŞ-ın İrana qarşı düşmənçilik siyasətidir. Bu siyasətlərdə köklü dəyişiklik münasibətlərin gedişatını dəyişə bilər".

Türkan,

Sitat.info



Xəbər xətti