Bakıda ağır yol qəzası: Hadisə yerindən video

21:45 22 İyul 2024

Sabunçu rayonu, Bilgəh qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Bilgəh qəsəbəsi, 5-ci dalanda "VAZ- 2101" markalı avtomobil "Mercedes- c200"markalı avtomobil toqquşub. Hər iki avtomobil yararsız vəziyyətə düşüb, sürücülər xəsarət alıb. Xəsarət alan sürücülərə ətrafdakı vətəndaşlar ilkin tibbi yardım göstərib. Hadisə yerinə DYP və PPX əməkdaşları gəlib.

Sitat.info hadisə yerindən videogörüntüsünü təqdim edir:

 



Xəbər xətti