İtaliyanın cənubundakı Neapol şəhərində piyada keçidi uçub, 2 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Sitat.info xəbər verir ki, 1962-1975-ci illərdə İtaliyada tikilmiş piyada keçidlərindən biri uçub.
Keçidin uçması nəticəsində 2 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Rəsmilər, yaralı iki uşağın reanimasiyaya aparıldığını açıqlayıb. Ehtiyat tədbiri olaraq ərazini boşaldıb və digər piyada yollarını da bağlayıblar.
Hadisənin səbəbləri araşdırılır.
Seymur,
Sitat.info