Netanyahu ilə İsrail ordusu arasında uçurum böyüyür: Atəşkəs olarsa, ordu Qəzzadan tamamilə çıxacaq...

18:07 23 İyul 2024

İsrailin baş naziri Netanyahu ilə İsrail ordusu arasında fikir ayrılığı artır. Netanyahu HƏMAS tamamilə məhv edilənə qədər dayanmayacaqlarını vurğulasa da, ordunun bir çox yüksək rütbəli rəsmiləri atəşkəs olacağı təqdirdə Qəzzadan tamamilə geri çəkilə biləcəklərini və bunun İsrail üçün təhlükəsizlik zəifliyi yaratmayacağını bildiriblər.

Sitat.info xəbər verir ki, cümə axşamı Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan məhbus mübadiləsi danışıqlarından əvvəl İsrail təhlükəsizlik qüvvələri tərəfindən önəmli bir açıqlama verilib.

İsrail mediasına danışan bir çox yüksək səviyyəli ordu rəsmiləri, razılaşmalar nəticəsində 42 günlük atəşkəsin ilk mərhələsində ordunun Qəzzadan tamamilə geri çəkilə biləcəyini bildiriblər.

Belə ki, qalan 120 girovdan 33-ə qədərinin azad ediləcəyi təqdirdə ciddi təhlükəsizlik itkisinin olmayacağı vurğulanıb. Ordunun geri çəkildikdən sonra Filadelfiya dəhlizində təhlükəsizliyi təmin edə biləcəyi və lazım gələrsə ordunun sürətlə oraya qayıda biləcəyi də vurğulanıb.

İsrail ordusundakı yüksək səviyyəli mənbələr də Netanyahunun ləng hərəkət etdiyini və razılaşmanı sabotaj etməyə çalışdığını bildirib. Tankları Xan Yunisə daxil etmək qərarına gələn Netanyahu, HƏMAS tamamilə məhv edilmədikcə Qəzzadan geri çəkilməyəcəklərini hər fürsətdə vurğulamağa davam edir.

Ordunun bundan narahat olduğunu bildirən mənbələr, hələ də müqavilə imzalana biləcəyini bildiriblər.

Bu açıqlamalar bir daha ortaya qoyur ki, İsrail ordusu ilə Netanyahu arasında uçurum hər gün daha da böyüyür.

Seymur,

Sitat.info

 



Xəbər xətti