İyulun 21-də dünyada tarixin ən isti günü yaşanıb

19:03 23 İyul 2024

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin ilkin məlumatlarına görə, iyulun 21-i dünya miqyasında tarixdə ən isti gün kimi qeydə alınıb.

Sitat.info xəbər verir ki, bazar günü dünya üzrə səth havasının orta temperaturu 17,09 dərəcə Selsi olaraq ölçülüb.

Bu dəyər keçən ilin iyulunda qeydə alınmış 17,08 dərəcə Selsi rekordunu üstələyib.

Son bir həftə ərzində ABŞ, Avropa və Rusiyanın böyük hissələri həddindən artıq isti dalğalarına məruz qalıb.

Kopernik Reuters agentliyinə təsdiqləyib ki, keçən il qeydə alınan orta gündəlik temperatur rekordu bu il iyulun 21-də qırılıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti