Noyabrın 5-də keçiriləcək prezident seçkilərində ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürüb yerinə tövsiyə etdiyi Kamala Harris son 24 saatda 81 milyon dollar ianə toplayaraq bu sahədə rekord qırıb.
Sitat.info xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların prezidentliyə namizədliyinə ən yaxın namizəd olan Harris rekord səviyyədə ianə toplayıb.
Harrisin komandasının verdiyi açıqlamaya görə, Bayden onu prezidentliyə namizəd göstərdikdən sonra son 24 saat ərzində Harrisə 81 milyon dollar bağışlanıb.
Kənan Yusif
Sitat.info