Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılıb

16:40 22 Aprel 2022

Azərbaycanda yeni İctimai Birlik - "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası" (AKTA) yaradılıb.

Sitat.info xəbər verir ki, təşkilatın İdarə Heyətinin sədri Rahid Ələkbərovdur.

Assosiasiya kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin həyata keçirilməsinə dəstək verəcək, milli maraqların təbliğat və dezinformasiya fəaliyyətindən qorunmasına çalışacaq, bu mübarizədə müvafiq təkliflərin verəcək, görülən işləri əlaqələndirəcək.

/Report.az



Xəbər xətti