Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik bildirib ki, yalnız bir gündə Xan Yunisdə 150 min insan didərgin düşüb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Dujarrik gündəlik mətbuat konfransında Qəzzadakı hadisələrlə bağlı məlumat verib.
İsrailin hər bir "evakuasiya əmri"nin insanların həyat şəraitini pozduğuna diqqət çəkən Dujarrik, İsrail ordusunun hücumdan əvvəl vərəqələr göndərərək çox qısa müddətdə təxliyyə tələb etməsinin riskləri artırdığın vurğulayıb.
Kənan Yusif
Sitat.info