"Tesla"nın satışları kəskin düşdü: Rüblük mənfəətdə 45 faiz azalma...

11:25 24 İyul 2024

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.
Sitat.info xəbər verir ki, Tesla bu ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 artaraq 25,5 milyard dollara çatıb. Tesla 2023-cü ilin ikinci rübündə 24,9 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 45 azalaraq 1,5 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 2,7 milyard dollar olub.

Tesla-nın xalis mənfəəti bu ilin birinci rübündə qlobal satışların azalması və qiymətlərin azalmasının təsiri ilə,eləcə də istehsalın və çatdırılmanın azalması
illik 55 faiz azalıb.

Tesla 2024-cü ilin ikinci rübündə qlobal miqyasda 410 min 831 avtomobil istehsal etdiyi halda, 443 min 956 avtomobilə sahib olub.

Bu dövrdə şirkətin avtomobil istehsalı illik bazda 14 faiz, təhvil verilən avtomobillərin sayı isə 5 faiz azalıb.

Tesla tərəfindən edilən açıqlamada şirkətin çətin iş mühitinə baxmayaraq ikinci rübdə rekord rüblük gəlir əldə etdiyi bildirilib.

Seymur,

Sitat.info



Xəbər xətti