Korrupsiyada ittiham olunan ABŞ senatoru Menendez istefa verib

12:00 24 İyul 2024

Tanınmış ABŞ senatoru, Xarici Əlaqələr Komitəsinin keçmiş rəhbəri Bob Menendez Misir hökumətinə işləmək ittihamı ilə korrupsiya işində mühakimə olunduqdan sonra istefa ərizəsini təqdim edib.

Sitat.info xəbər verir ki, bunu Reuters yazır. 

Rüşvətxorluqda və Misir hökumətinin agenti kimi fəaliyyət göstərməkdə ittiham olunan, iş üzrə təqsirli olduğu ilə bağlı  hökmdən sonra Menendez partiya üzvlərinin təzyiqi ilə istefa verib.

İyulun 16-da Manhetten federal məhkəməsində münsiflər heyəti 9 həftəlik məhkəmə araşdırmasından sonra senatoru, ona qarşı irəli sürülən 16 ittihamın hamısında təqsirli bilib. İşdə iştirak edən digər iki nəfər də təqsirli bilinib.

Menendezin agentlik tərəfindən nəzərdən keçirilən məktubunda o, avqustun 20-dən etibarən senator vəzifəsindən istefa verəcəyini bildirib.

"Mən münsiflər heyətinin qərarına Ali Məhkəməyə qədər etiraz etmək niyyətində olsam da, Senatın mühüm işdən yayındıracaq uzun bir prosesə cəlb olunmasını istəmirəm" -deyib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti