Onlara verilən təqaüdün məbləği dəyişdi

16:10 24 İyul 2024

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Bundan əvvəl Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1300 (min üç yüz) manat məbləğində olub.



Xəbər xətti