Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Cənubi Qafqazdakı son vəziyyəti müzakirə edib.
Sitat.info xəbər verir ki, bu barədə Avropa Birliyi Şurası məlumat yayıb.
Bildirilib ki, tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən də danışıblar.
Ş. Mişel Azərbaycan və Ermənistan liderilərinin səylərinin iki ölkə arasında sülh razılaşmasına doğru hərəkətin göstəricisi olduğunu deyib.
/Axar.az